Dünya

Ermənistanın Baş naziri jurnalistləri məhkəməyə verir

24 Noyabr 2026, 16:233
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın baş naziri Nikol Paşinyan ünvanına səsləndirilən və böhtan hesab etdiyi məlumatların təkzib olunması, həmçinin təzminat ödənilməsi tələbi ilə “Yerevan Today”in baş redaktoru Sevak Akopyanı, “Media plyus” MMC-ni və “Hayeli akumb” demokratiyaya dəstək ictimai təşkilatını məhkəməyə verib.

Zefer.media News.am-a istinadən xəbər verir ki, bu barədə “Datalex” məhkəmə informasiya sistemində məlumat yerləşdirilib.

Ermənistanın hökumət başçısı təkzibin videoyazı formatında və baxış müddətinə məhdudiyyət qoyulmadan yayımlanmasını tələb edir. İctimai təkzibdən əlavə, Nikol Paşinyan böhtan nəticəsində dəymiş mənəvi ziyana görə Sevak Akopyan, “Media plyus” MMC və “Hayeli akumb”dan ümumilikdə 4 milyon dram (11 min dollardan artıq) məbləğində təzminatın tutulmasını istəyir.

Məhkəmə iddiasına əsas kimi 19 və 20 noyabr tarixlərində dərc olunmuş bir sıra yazılar göstərilib. İddiaçıya görə, həmin yazılarda Paşinyan “yüksəksəviyyəli soyğunçuluq” və “ən yüksəksəviyyəli korrupsiya”da ittiham olunur.

Paşinyan məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra beş iş günü ərzində cavabdehlərin mübahisəli məlumatları yaydıqları həmin “YouTube” kanallarında, xəbər saytlarında və “Facebook” səhifələrində rəsmi təkzib yaymağa məcbur olunmasını tələb edir.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600