Banner

Rusiya 699 Ukrayna dronunun vurulduğunu açıqlayıb: Ukraynada ölən və yaralananlar var

24 Noyabr 2026, 15:303
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Müdafiə Nazirliyi noyabrın 24-nə keçən gecə ölkənin müxtəlif bölgələrində, Krımda və Qara dəniz üzərində 699 Ukrayna pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.

Zefer.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi dronların ölkənin altı bölgəsində, Krımda və Qara dəniz üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.

Moskva meri Sergey Sobyanin isə noyabrın 23-də saat 23:00-dan noyabrın 24-də səhər saat 08:00-dək paytaxt istiqamətində 355 dronun qeydə alındığını açıqlayıb. Onun sözlərinə görə, Moskva yaxınlığında 63 PUA vurulub.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya ötən gecə Ukrayna ərazisinə 96 dron buraxıb. Noyabrın 24-də saat 08:00-a olan məlumata görə, onlardan 73-ü, o cümlədən 45 reaktiv dron vurulub və ya elektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. Ukrayna tərəfi 13 ərazidə zərbələrin qeydə alındığını bildirib.

Bununla yanaşı, Rusiya qüvvələrinin Ukraynaya gecə hücumları nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

BBC-nin rus xidmətinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, Zaporojye şəhərində beşmərtəbəli yaşayış binasına və fərdi evə endirilən zərbələr nəticəsində iki nəfər ölüb, 40 nəfər yaralanıb.

Rusiya PUA-sının Jitomir vilayətində yerləşən Korosten dəmir yolu stansiyasına hücumu nəticəsində isə bir nəfər həlak olub, iki nəfər yaralanıb. Hücum zamanı stansiyanın yaxınlığında elektrik qatarı olub. Sərnişinlər təxliyə edilərək sığınacağa yerləşdiriliblər.

Həmçinin, noyabrın 22-də Kiyev vilayətinin Dymer yaşayış məntəqəsinə endirilən zərbə nəticəsində ölənlərin sayının 12-yə çatdığı bildirilir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600