“Krım körpüsü müstəsna olaraq mülki obyektdir, ondan hərbi texnikanın daşınması üçün istifadə edilmir”.
Zefer.media Kommersant-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransında çıxışı zamanı deyib.
Rusiya lideri Ukrayna Silahlı Qüvvələrinin hücumlarına daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
O həmçinin hücumlar nəticəsində Krım körpüsünün avtomobil yolu hissəsinə ciddi zərər dəydiyini, dəmir yolu hissəsində isə hərəkətin artıq bərpa edildiyini deyib.
Qeyd edək ki, Ukrayna ordusu son 3 gün ərzində Krım körpüsünə üç dəfə zərbə endirib.
Aytən Yalçınqızı




