ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, iş adamı Cared Kuşner cümə axşamı Berlində Ukrayna və Avropa nümayəndələri ilə görüşəcəklər.
Zəfər.media Caliber-ə istinadən xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşün məqsədi Ukraynada yeni müharibənin qarşısını alacaq təhlükəsizlik zəmanətlərini hazırlamaq, həmçinin ölkənin iqtisadi bərpası ilə bağlı planları razılaşdırmaqdır.
Bununla yanaşı, ABŞ Rusiya ilə Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətində danışıqlar aparır. Ötən həftə Uitkoff və Kuşner Moskvaya Avropada gərginliyin azaldılmasını nəzərdə tutan tədbirləri də əhatə edən saziş layihəsi hazırlamağı təklif ediblər.
Məlumata görə, Avropanın Rusiya ilə danışıqlarda birbaşa iştirakı məsələsi hələ də həllini tapmayıb. Uitkoff və Kuşner daha əvvəl Moskvanın avropalıların danışıqlar masasına qoşulmasına razılıq verdiyini bildirmişdilər.
Aytən Yalçınqızı




