İdman

Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək

13 Noyabr 2026, 16:072
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakı 2027-ci il mayın 9–13-də dünya idman sənayesinin aparıcı nümayəndələrini bir araya gətirəcək “SportAccord Convention 2027” beynəlxalq tədbirinə ev sahibliyi edəcək.

Zəfər.media Gənclər və İnnovasiya mərkəzinə istinadən xəbər verir ki, tədbirdə iştirak etmək istəyənlər üçün erkən qeydiyyat mərhələsinə start verilib. Rəsmi qeydiyyat keçidi vasitəsilə müraciət edənlər daha sərfəli qiymətlərlə iştiraklarını təsdiqləyə bilərlər. Erkən qeydiyyat imkanı məhdud müddət ərzində qüvvədə olacaq.

Sammitdə 120-dən çox beynəlxalq idman federasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK), qlobal idman yarışlarına ev sahibliyi edən şəhərlərin müvafiq qurumlarının və aparıcı şirkətlərin təmsil olunması gözlənilir. Ümumilikdə 65-dən artıq ölkədən 600-dən çox təşkilatı təmsil edən 1700-dən çox rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur.

Beş gün davam edəcək tədbir çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, sərgilər və B2B görüşlər təşkil olunacaq. İştirakçılar strateji tərəfdaşlıqlar qurmaq, təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf istiqamətlərini müzakirə etmək imkanı əldə edəcəklər.

Tədbirin əsas işgüzar proqramı Bakı Konqres Mərkəzində, açılış mərasimi isə Heydər Əliyev Mərkəzində keçiriləcək.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600