Cəmiyyət

Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

13 Noyabr 2026, 15:241
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Respublika Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Zefer.media Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən xəbər verir ki, tədbirdə institutun 90 nəfərədək heyəti iştirak edib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb.

Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq qan ehtiyatların artırılması və ehtiyacı olan insanların müalicəsində istifadə olunması üçün təhvil verilib.

Tədbirin əsas məqsədi cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, donor fəaliyyətinin əhəmiyyətini təbliği və cəmiyyətdə humanizm dəyərlərinin təşviqidir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600