Milli Müdafiə Universitetinin (MMU) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Müdafiə və milli təhlükəsizliyin aktual problemləri” mövzusunda Respublika Elmi-Praktik Konfransı başa çatıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Zefer.media-ya verilən məlumata görə, konfransda müxtəlif dövlət qurumlarının, hərbi və mülki təhsil müəssisələrinin nümayəndələri, alim və mütəxəssislər iştirak ediblər.
Tədbir çərçivəsində müdafiə və milli təhlükəsizlik sahəsində aktual məsələlər, müasir hərb elminin inkişaf istiqamətləri və qurumlararası əməkdaşlıq imkanları müzakirə olunub, müvafiq sahələr üzrə bölmə iclaslarında elmi məruzələr dinlənilib.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.


















