Oktyabrın 31-də, Türkiyə-İran sərhədində yerləşən Engin Mayın sərhəd-keçid məntəqəsi ərazisində sərhəd pozuntusuna müdaxilə edən Türkiyə ordusunun əsgəri Yusif Səid Ünlü İran tərəfindən açıldığı ehtimal edilən atəş nəticəsində şəhid olub.
Zefer.media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
“Hadisədən dərhal sonra hüquqi və inzibati araşdırmalara başlanılmış, 3 noyabr 2026-cı il tarixində isə hadisə yerində İran rəsmiləri ilə görüş keçirilmişdir. İran rəsmilərinin də sözügedən hadisəni aydınlaşdırmaq məqsədilə hüquqi və inzibati araşdırmalara başladıqları məlum olub. Hadisənin bütün təfərrüatının üzə çıxarılması istiqamətində işlər diqqətlə və İran tərəfi ilə koordinasiya şəraitində davam etdirilir”, – məlumatda vurğulanıb.

















