• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
8.1° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Qarabağ qazisi səlahiyyətli nümayəndəliklə bağlı məhkəməyə müraciət etdi

23 Oktyabr, 26 / 15:28
A A

Naxçıvanda dövlət qulluğu vəzifəsinə qəbul üçün keçirilən müsahibənin nəticələri ilə bağlı narazılıq yaranıb. Vətəndaş iddia edir ki, müsahibə prosesi obyektiv keçirilməyib və bəzi namizədlərin vəzifəyə təyin olunması əvvəlcədən müəyyənləşdirilib.

Zefer.media xəbər verir ki, “Yeni Sabah”a şikayətini bildirən Şəmsəddin Qurbanov Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyində nümayəndənin köməkçisi vəzifəsi üzrə elan olunan vakansiyaya müraciət edib.

Onun sözlərinə görə, 23 sentyabr 2026-cı il tarixində keçirilən müsahibədə ona 14 bal verilib. Şikayətçi iddia edir ki, müsahibədə iştirak edən 10 namizəddən Həsənov Sədrəddin Səfər oğluna 17 bal yazılıb və nəticədə o, həmin vəzifəyə uyğun hesab edilərək təyin olunub. pizza sifarişi

Qurbanov hesab edir ki, müsahibə formal xarakter daşıyıb və prosesdə digər namizədlər üçün bərabər rəqabət imkanları yaradılmayıb.

Şəmsəddin Qurbanov müsahibə komissiyasının tərkibi və üzvlərin vəzifəyə təyin olunma tarixləri ilə bağlı da suallarının olduğunu bildirib. Onun sözlərinə görə, komissiyanın üzvlərindən biri 23 sentyabrda onun müsahibəsində iştirak edib, həmin şəxsin vəzifəyə təyin olunması ilə bağlı əmrin də eyni tarixdə verildiyi bildirilir.

“Məsələn, sosial şəbəkədə paylaşdığım məlumatlara baxsanız, görərsiniz ki, müsahibə komissiyasının üzvü təyin olunan şəxslə bağlı tarixlər arasında suallar yaranır. Həmin şəxs sentyabrın 23-də mənim müsahibəmdə iştirak edib. Halbuki onun müvafiq vəzifəyə təyin olunması ilə bağlı əmr də həmin tarixdə verilib.

Mənim bildiyimə görə, qanunvericiliyə əsasən, dövlət orqanında işləməyən şəxs müsahibə komissiyasının üzvü ola bilməz. Əgər həmin şəxs sentyabrın 23-də vəzifəyə təyin olunubsa, bu, avtomatik olaraq elə həmin gün işə başladığı demək deyil. Digər bir şəxsin isə sentyabrın 24-də, yəni mənim müsahibəmdən bir gün sonra vəzifəyə təyin olunduğu bildirilir. Mən bu məsələləri dəqiqləşdirmək üçün aidiyyəti şəxslərlə əlaqə saxlamışam. Onlardan soruşmuşam ki, əgər müsahibə komissiyası qanunsuz təşkil olunubsa, həmin müsahibələrin nəticələri niyə ləğv edilməməlidir?”

Qurbanov dövlət qulluğuna qəbul üçün ciddi hazırlaşdığını, 28 qanunu oxuduğunu və tələb olunan mərhələlərdən keçməyə çalışdığını deyib. O, eyni zamanda, Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak etdiyini, Şuşada yaralandığını qeyd edib.

“Mən özüm Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Noyabrın 9-da Şuşada yaralanmışam. Murovdağ, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində döyüşlərdə olmuşam. Noyabrın 9-dan 10-na keçən gecə yaralanmışam.

Mənim istəyim yalnız budur: dövlət qulluğunda işə qəbul zamanı hər kəsə bərabər və ədalətli imkan yaradılsın. İnsanlar zəhmət çəkib oxuyurlarsa, imtahan verirlərsə və müsahibəyə qatılırlarsa, onların əməyi qiymətləndirilməlidir. Vəzifəyə təyinat şəxsi münasibətlərə deyil, obyektiv meyarlara və qanunun tələblərinə əsaslanmalıdır”, – deyə Şəmsəddin Qurbanov vurğulayıb.

Şəmsəddin Qurbanov məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib.

Bənzər Xəbərlər

Gündəm

“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib

Oktyabr 22, 2026
Gündəm

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Oktyabr 22, 2026
Gündəm

“Azərbaycan-Qırğızıstan müttəfiqlik müqaviləsi türk dünyasının tarixi uğurudur”

Oktyabr 22, 2026
Gündəm

Paşinyan Ermənistanı sülhə hazırlayıb -VİDEO

Oktyabr 22, 2026
Gündəm

Azərbaycan–Türkiyə müttəfiqliyinə təsir edə bilər? – Deputatdan AÇIQLAMA

Oktyabr 21, 2026
Gündəm

“Tovuz-Baltiya”nı kimlər ələ keçirmək istəyir – Mehdiyev klanının “konyak reketliyi” – ŞOK təfərrüat

Oktyabr 21, 2026

XƏBƏR LENTİ

Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

23 Oktyabr, 26 / 16:16

Qarabağ qazisi səlahiyyətli nümayəndəliklə bağlı məhkəməyə müraciət etdi

23 Oktyabr, 26 / 15:28

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir

23 Oktyabr, 26 / 15:01

“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib

22 Oktyabr, 26 / 20:19

Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək

22 Oktyabr, 26 / 20:17

Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub

22 Oktyabr, 26 / 20:13

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

22 Oktyabr, 26 / 20:10

Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb

22 Oktyabr, 26 / 20:07

Tramp İranı ABŞ-də aralıq seçkilər ərəfəsində neftin qiymətini artırmağa çalışmaqda ittiham edib

22 Oktyabr, 26 / 19:58

Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub

22 Oktyabr, 26 / 19:55

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.