Azərbaycanda daxili yanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması və alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının artırılması planlaşdırılır.
Zefer.media xəbər verir ki, plana əsasən, 2035-ci ilədək avtomobil parkında elektromobillərin payının artırılması və onların təşviqi nəzərdə tutulur.
2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir.




