Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri və xidməti ilə təminatı üzrə tədbirlərin maliyyələşdirilməsinin əlavə olaraq dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsi müddəti artırılıb 2029-cu ilə qədər müəyyən edilib.
Zefer.media bunu Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən bildirir.
Əvvəlki qanunvericilikdə bu müddət 2022–2026-cı illər kimi nəzərdə tutulmuşdu.




