Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson ilə görüşüb.
Nazirlikdən Zefer.media-ya bildirilib ki, görüşdə Azərbaycan–Estoniya əlaqələrinin inkişaf perspektivləri, xüsusilə rəqəmsal inkişaf, süni intellekt, innovasiya və texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşıdakı Hökumətlərarası Komissiyanın iclası və Estoniya texnologiya şirkətləri ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.


















