Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 13,63 milyard manat təşkil edib.
Zefer.media xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, bu göstərici proqnozdan 913,4 milyon manat çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 9,4 faiz və ya 1,17 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan büdcəyə 10,33 milyard manat daxil olub ki, bu da illik müqayisədə 12,6 faiz çoxdur.
Məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 5,06 milyard manat, işsizlikdən sığorta üzrə 179,9 milyon manat, icbari tibbi sığorta üzrə isə 758,8 milyon manat təşkil edib.
Qəmər Kazımzadə

















