Oktyabrın 2-də Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Zefer.media “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun A.Səhhət küçəsində, həmçinin Suraxanı rayonunun Bülbülə qəsəbəsində Nizami, Ə.Ələkbərov, M.Ə.Sabir, M.Bəydəmirov, N.Nərimanov, Ç.Nəzərov, Mənbə, M.Abdullayev və S.Bəhlulzadə küçələrində qaz təchizatında fasilə olacaq.
Qeyd edilib ki, məhdudiyyət təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması ilə bağlı işlərin aparılması ilə əlaqədardır.

















