• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9425
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

23 Sentyabr, 26 / 16:31
A A

Azərbaycan Turizm Bürosunun (ATB) Pekindəki rəsmi nümayəndəlik ofisi sentyabrın 22-də Çin Xalq Respublikasının Tszyansu əyalətinin Çançjou şəhərində keçirilən “2026 Jiangsu Forum on the Silver Tourism Market” forumunda iştirak edib.

Dövlət Turizm Agentliyinin mətbuat Xidmətindən Zefer.media – ya verilən məlumata görə, forum turizm qurumları, aviaşirkətlər, kruiz şirkətləri, hotellər, maliyyə və sığorta institutları, səyahət xidmətləri göstərən şirkətlər, eləcə də digər turizm sənayesi nümayəndələrini bir araya gətirib. Tədbir çərçivəsində bazar tendensiyaları və turizm sektorundakı yeniliklər barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Forumda turizm sənayesi nümayəndələri üçün Azərbaycanın turizm imkanları və səyahət təcrübələrinə dair təqdimat keçirilib. Təqdimatda ölkənin zəngin mədəni irsi və qastronomiyası, təbii turizm imkanları, eləcə də sağlamlıq turizmi barədə məlumat verilib. Bakı şəhərinin tarixi və müasir memarlığı, Şəkinin İpək Yolu irsi və ənənəvi sənətkarlığı, Naftalanın sağlamlıq turizmi imkanları xüsusi olaraq təqdim edilib, həmçinin Çin və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi barədə məlumat verilib.

Tədbir çərçivəsində Şərqi Çində və ölkənin cənubunda fəaliyyət göstərən turizm şirkətləri və digər sektor nümayəndələri ilə əlaqələr qurulub, Azərbaycan turizm istiqaməti kimi təqdim olunub. Görüşlər zamanı Çinin region üzrə turizm sənayesi nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, Çindən olan yaşlı turistlərin səyahət üstünlüklərinin öyrənilməsi və bu seqmentə uyğun Azərbaycan turizm məhsullarının hazırlanması imkanları müzakirə olunub.

Qeyd edək ki, “silver tourism” yaşlı insanların səyahət və istirahət ehtiyaclarına, o cümlədən mədəniyyət, sağlamlıq və asudə vaxtla bağlı maraqlarına uyğun turizm məhsul və təcrübələrini əhatə edən seqmentdir.

2026-cı ilin avqust ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin eyni ayı ilə müqayisədə 4% artaraq 7 423 nəfər təşkil edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda mal əti bahalaşdı

Sentyabr 22, 2026
Cəmiyyət

Masallının böyük bir hissəsi qazsız qalacaq

Sentyabr 22, 2026
Cəmiyyət

Sentyabrın 22-də Bakıda hava necə olacaq? – Yağış ehtimalı var

Sentyabr 21, 2026
Cəmiyyət

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

Sentyabr 14, 2026
Cəmiyyət

Nazir Fuad Əliyevə vəzifə verdi

Sentyabr 14, 2026
Cəmiyyət

Sabah yağış yağacaq

Sentyabr 11, 2026

XƏBƏR LENTİ

Əminə Ərdoğandan uşaqların rəqəmsal dünyada təhlükəsizliyi ilə bağlı çağırış

23 Sentyabr, 26 / 19:42

Bakı-Şamaxı yolunda hərəkətdə olan avtomobildə yanğın baş verib

23 Sentyabr, 26 / 19:27

Navrotski Ərdoğanın revolverinə qılıncla cavab verib

23 Sentyabr, 26 / 19:22

Tramp Hikmət Hacıyevin müsahibəsini öz sosial şəbəkə hesabında paylaşıb

23 Sentyabr, 26 / 19:19

İrəvan Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasını səbirsizliklə gözləyir - Paşinyan

23 Sentyabr, 26 / 19:17

Paşinyan Nyu-Yorkda Azərbaycanla sülh və “TRIPP” layihəsindən danışıb

23 Sentyabr, 26 / 19:14

Özbəkistan Naxçıvandan Türkiyəyə uzanan dəmir yolu layihəsinə qoşulmağa hazırlaşır

23 Sentyabr, 26 / 19:10

Ukrayna Silahlı Qüvvələri Rusiyanın taxılını Şimal qütb dairəsinə qədər qovub

23 Sentyabr, 26 / 19:04

Ciqan öz evində atəş açıb və personalı 10 saat girov saxlayıb

23 Sentyabr, 26 / 18:58

İran prezidenti onunla müharibə aparan ölkəyə gedib

23 Sentyabr, 26 / 18:55

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.