Rusiya hərbi-sənaye kompleksi idxal olunan xammal olmadan keçinə bilməz – analitiklər AB-yə bu tədarükləri sanksiyalarla bloklamağı məsləhət görürlər.
Zefer.media xəbər verir ki, bu barədə Ukrayna İqtisadi Təhlükəsizlik Şurasının hesabatında bildirilir.
Hesabata görə, il ərzində Rusiya hərbi məqsədlər üçün 1,1 milyard dollardan çox dəyərində bir neçə strateji mineral – o cümlədən alüminium oksidi, tantal və molibden idxal edib.
Müdafiə sənayesi üçün vacib olan digər materiallara berilyum, volfram, manqan, niobium, renium və titan daxildir.
Həmin mallar raket sistemləri, təyyarələr, zirehli maşınlar, sursat, elektronika və mühərriklər istehsal edən onlarla Rusiya şirkətinin təchizat zəncirlərinə daxil olur.
Zərintac Mayisqızı

















