Türkiyə Milli Müdafiə Nazirliyi həftəlik mətbuat brifinqi keçirib.
Zefer.media xəbər verir ki, görüşün əsas məqamları bunlar olub:
“İraq Baş nazirinin ölkəmizə səfəri, Prezidentimizin ev sahibliyi etdiyi görüşlər və sonrakı razılaşmalar regional sabitlik və təhlükəsizlik baxımından ölkəmiz və İraq üçün böyük əhəmiyyət kəsb edir.
Son illərdə Türkiyə ilə İraq arasında inkişaf edən əməkdaşlıq terrorizmlə mübarizədə əldə edilən uğurların vacib elementlərindən biri olub. İraqla təhlükəsizlik sahəsində əməkdaşlıq fasiləsiz davam edir. Birgə mexanizmlər fəaliyyət göstərir və sərhəd təhlükəsizliyi və terrorizmlə mübarizə ilə bağlı koordinasiya qətiyyətlə davam etdirilir.
İki ölkə arasında əvvəlki görüşlərdə sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə və müdafiə sənayesi sahələrində koordinasiya və əməkdaşlığın artırılması barədə razılığa gəlinib.
Son təmaslarda iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq ön plana çıxsa da, təhlükəsizlik sahəsində əvvəllər yaradılmış mexanizmlər effektiv şəkildə fəaliyyət göstərməyə davam edir.
Türkiyə ilə İraq arasında əməkdaşlığın gücləndirilməsi təkcə regional sabitlik üçün deyil, həm də İraq türkmənlərinin təhlükəsizliyi və rifahı üçün böyük əhəmiyyət kəsb edir.”
Zərintac Mayisqızı















