Dünya

Ərəb dənizində baş verən helikopter qəzasında ABŞ eskadron komandiri həlak olub

8 İyul 2026, 11:252
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ərəb dənizində baş verən helikopter qəzası nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin HSC-5 “Nightdippers” helikopter eskadronunun komandiri Qabriel Edvards həlak olub.

Zefer.media xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, MH-60S “Sea Hawk” tipli helikopter iyulun 1-də döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb və suya məcburi eniş edib. Hadisə zamanı ekipajın üç üzvü dərhal xilas edilsə də, Qabriel Edvards itkin düşüb.

Onun axtarışı üçün bir neçə hərbi gəmi, təyyarə və helikopter cəlb olunub. 102 saatdan çox davam edən axtarış-xilasetmə əməliyyatı 14 min kvadrat mil ərazini əhatə etsə də, nəticə verməyib və iyulun 5-də dayandırılıb.

ABŞ Hərbi Dəniz Qüvvələri Qabriel Edvardsın xidmətlərini yüksək qiymətləndirərək onun ölümündən sonra kapitan rütbəsinə layiq görüldüyünü açıqlayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600