Dünya

İran Ordusu: “Bölgədəki bütün ABŞ bazaları qanuni hədəfdir”

8 İyul 2026, 10:211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Ordusu yaydığı bəyanatda Bəhreyndə yerləşən ABŞ-nin “Şeyx İsa” hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum həyata keçirdiyini açıqlayıb.

Zefer.media xəbər verir ki, bəyanatda bildirilir:

“ABŞ-nin İranın cənubundakı hərbi və mülki ərazilərə zərbələr endirməsi və Anlaşma Memorandumunun 14-cü bəndini pozması bu əməliyyata səbəb olub”.

İran Ordusunun açıqlamasına görə, hücum dronları səhər saatlarından etibarən Bəhreyndə yerləşən “Şeyx İsa” bazasında ABŞ qüvvələrinin toplandığı məntəqələri hədəfə alıb.

Bəyanatda, habelə, vurğulanıb ki, ABŞ-nin atəşkəsi dəfələrlə pozmasının nəticələri ağır olacaq və bölgədə yerləşən bütün ABŞ hərbi bazaları İran ordusunun pilotsuz uçuş aparatları üçün “qanuni hədəf” sayılır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600