Dünya

İran təhlükəsi fonunda Küveyt və Bəhreyndə döyüş hazırlığı artırılıb

8 İyul 2026, 10:121
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Küveyt və Bəhreyn hakimiyyəti İrandan gələcək mümkün raket hücumu təhlükəsi fonunda ölkələrdə döyüş hazırlığının artırıldığını elan edib.

Zefer.media Küveyt ordusuna istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri “düşmən raketləri və dronlarının” mümkün hücumlarını dəf etməyə hazır vəziyyətə gətirilib.

Hakimiyyət bəzi ərazilərdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı partlayış səslərinin eşidilə biləcəyi barədə xəbərdarlıq edib və sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Bəhreyndə isə Daxili İşlər Nazirliyi hava hücumu sirenlərinin işə salındığını açıqlayıb. Vətəndaşlara sakit qalmaq və yaxınlıqdakı təhlükəsiz yerlərdə sığınmaq tövsiyə olunub.

Xəbərdarlıqlar SEPAH-ın ABŞ-nin son hücumlarına “sarsıdıcı cavab” veriləcəyini bəyan etməsindən sonra edilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600