Manşet

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi

8 İyul 2026, 10:071
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

Zefer.media xəbər verir ki, M.Cabbarov Prezident İlham Əliyevin səmimi salamlarını Q.Berdiməhəmmədova çatdırıb.

Öz növbəsində, Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan Prezidentinə ən xoş arzularını ifadə edib və iki dost dövlət arasında durmadan dərinləşən qarşılıqlı əlaqələrin önəmini vurğulayıb. O, Türkmənistan və Azərbaycan arasında əlaqələrin ənənəvi qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini bildirib.

Görüş zamanı qeyd olunub ki, Türkmənistan Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana ötən ay etdiyi dövlət səfərinin əhəmiyyətinə toxunulub. Q. Berdiməhəmmədov səfərdə Türkmənistan hədiyyə edilən “Dostlug” neftdaşıyan tankerinə görə Azərbaycan tərəfinə bir daha öz minnətdarlığını bildirib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600