Cəmiyyət

Müəllim olmaq istəyənlərin nəzərinə!

6 İyul 2026, 15:262
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub.

Zefer.media xəbər verir ki, bu barədə MÜTDA  məlumat yayıb.

Bildirilib ki, bu gün saat 15:00-dan iyulun 9-u saat 15:00-dək Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktiv olacaq.

Xatırladılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar: – müsabiqədə ilk dəfə iştirak edən namizədlər; – şəhid ailəsinin üzvləri; – müharibə veteranı adı almış şəxslər; – əlilliyi olan şəxslər; – ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600