• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.4° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

DİM bu imtahanın nəticələrini elan etdi

30 İyun, 26 / 17:03
A A

Dövlət İmtahan Mərkəzi tərəfindən 21 iyun 2026-cı il tarixində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanların (təkrar) nəticələri elan edilib.

Bu barədə Zefer.media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.

Şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2026/netorta/ istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarda 320 nəfər iştirak edib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyul saat 10:00-dan 3 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

– Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

– Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

– Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Noyabr 5, 2026
Hərbi

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

Noyabr 5, 2026
Cəmiyyət

Bakıda güclü külək əsir

Noyabr 5, 2026
Cəmiyyət

Prezident sərəncam imzaladı

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026
Cəmiyyət

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Noyabr 5, 2026

XƏBƏR LENTİ

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

05 Noyabr, 26 / 21:47

“ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir

05 Noyabr, 26 / 19:23

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

05 Noyabr, 26 / 18:37

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

05 Noyabr, 26 / 18:22

Bakıda güclü külək əsir

05 Noyabr, 26 / 17:33

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

05 Noyabr, 26 / 17:28

Prezident məşhur aparıcıları təltif etdi

05 Noyabr, 26 / 17:16

Prezident sərəncam imzaladı

05 Noyabr, 26 / 17:10

KTMT-də iştirak etməkdə maraqlı deyilik – Paşinyan

05 Noyabr, 26 / 17:03

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

05 Noyabr, 26 / 16:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.