• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.6° Weather Columbus
$
1.7
€
1.9324
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12
A A

26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təməli qoyulan milli ordumuz, ötən 108 il ərzində mürəkkəb tarixi sınaqlardan, formalaşma və modernləşmə mərhələlərindən keçərək bu gün regionun ən qüdrətli hərbi qüvvəsinə çevrilib. Müstəqilliyin ilk illərində qarşılaşılan çətinlikləri peşəkar rəhbərlik və sistemli islahatlarla geridə qoyan Silahlı Qüvvələrimiz, öz inkişafının məntiqi nəticəsi olaraq torpaqlarımızı işğaldan azad edib və şanlı Zəfər tariximizi qızıl hərflərlə yazıb.

Sözügedən əlamətdar gün münasibətilə ordumuzun keçdiyi tarixi inkişaf yolunu, adladığı çətin mərhələləri və qazanılan hərbi qüdrətin əsas dönüş nöqtələri barədə Zefer.media – ya açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Azərbaycan Ordusunun Cümhuriyyət dönəmində də böyük uğurlara imza atdığını bildirib :

“1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də isə general Səməd bəy Mehmandarov yeni hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.

Hərb sahəsində ilk böyük uğur 1918-ci il sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Bu şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açdı, milli ordunun gücünü və xalqın iradəsini bütün dünyaya nümayiş etdirdi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Azadlıq Meydanında – Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. Lakin Milli Ordumuzun ömrü uzun olmadı. 1920-ci ilin aprelində Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, yüzlərlə vətənpərvər zabit və hərbçi repressiyalara məruz qaldı. Bununla belə, milli ordu ideyası xalqın yaddaşından silinmədi, gələcək nəsillərin qəlbində müqəddəs amal kimi yaşadı.

Azərbaycan Silahlı Qüvvələrinin müasir və şərəfli tarixi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmləndirilməsi Ulu Öndərin uzaqgörən siyasətinin, dövlətçilik təfəkkürünün və misilsiz təşkilatçılıq qabiliyyətinin nəticəsidir.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə gələcəyi düşünərək milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olunması bunun ən parlaq nümunəsidir. Ulu Öndər yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına şərait yaratdı. Sonralar həmin zabitlər müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmanlıq salnamələri yazaraq xalqımızın sonsuz rəğbətini qazandılar”.

Polkovnikin sözlərinə görə, müasir Azərbaycan Ordusunun formalaşmasında Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət mühüm rol oynayıb :

” Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunda əsaslı dönüş yarandı.

Ordumuzda nizam-intizam gücləndirildi, hərbi hissələr komplektləşdirildi, döyüş ruhu yüksəldildi. Məhz həmin dövrdə xalqda və orduda qələbəyə qəti inam formalaşdı.

Azərbaycan Ordusunun ilk ciddi sınağı 1994-cü ilin yanvarında oldu. Yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Həmin uğurlu əməliyyatlar gələcək böyük zəfərlərin də müjdəçisi oldu.

Ordu quruculuğuna xüsusi əhəmiyyət verən Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. O gündən etibarən adıçəkilən tarix xalqımız tərəfindən böyük qürur və ehtiramla qeyd olunur.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən dövlət başçısının diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz ən müasir silah və texnika ilə təchiz edildi, şəxsi heyətin peşəkarlığı artırıldı, döyüş hazırlığı daha da gücləndirildi. Nəticədə Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü ordusuna çevrildi və dünyanın ən qüdrətli hərbi qüvvələri sırasında öz layiqli yerini tutdu. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir ki, bu da ölkəmizin hərbi potensialının güclənməsinə mühüm töhfə verir”.

C. Xəlilov həmdə Azərbaycan Ordusunın Vətən müharibəsində yüksək peşəkarlıq və şücaət nümayiş etdirməsi barədə danışıb :

” 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək 44 gün ərzində 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi.

Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımızın otuz illik həsrətinə son qoyuldu. Şuşa əməliyyatı hərb tarixinin ən parlaq nümunələrindən biri kimi dünya hərb elminin diqqət mərkəzinə çevrildi. Bu gün XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş taktikası və əməliyyatları dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.

Vətən müharibəsində 2900-dən çox əsgər və zabitimiz doğma torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Dövlətimiz tərəfindən döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçular yüksək orden və medallarla təltif edilmiş, şəhid ailələri və qazilərə hərtərəfli diqqət və qayğı göstərilmişdir.

Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində bu gün də ardıcıl tədbirlər həyata keçirilir, yeni komando birlikləri yaradılır, müasir silah və texnika arsenalı genişləndirilir. Qəhrəman əsgər və zabitlərimiz işğaldan azad edilmiş torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyurlar.

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı bütün veteranlarımızla birgə Silahlı Qüvvələr Gününü böyük ruh yüksəkliyi, qürur və təntənə ilə qeyd edir. Xalqımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin qüdrətinin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün əbədi qorunacağına dərin inam nümayiş etdirir.

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranları, ehtiyatda olan zabitləri və hərbi qulluqçuları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, məsuliyyətli və şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq. Qoy qüdrətli Azərbaycan Ordusu daim zəfərdən zəfərə yürüsün, üçrəngli bayrağımız ölkəmizin hər guşəsində əbədi dalğalansın! Qoy Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan dövləti daha böyük uğurlara imza atsın! Yaşasın müstəqil Azərbaycan! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın xalq – ordu birliyi!”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

İyun 26, 2026
Cəmiyyət

Şəhidin qardaşından Prezidentə təşəkkür

İyun 26, 2026
Manşet

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

İyun 26, 2026
Hərbi

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

İyun 26, 2026
Cəmiyyət

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

İyun 26, 2026
Hərbi

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

İyun 25, 2026

XƏBƏR LENTİ

“Qalib dövlətimizdə bu şərəfli günü keçirmək böyük xoşbəxtlikdir”

26 İyun, 26 / 20:53

Şəhidin qardaşından Prezidentə təşəkkür

26 İyun, 26 / 19:13

Ukrayna şərtləri diktə edən tərəfə çevrilə bilər- ŞƏRH 

26 İyun, 26 / 18:28

“Allah müqəddəs missiyamızda bizə güc, qüvvət nəsib etsin”

26 İyun, 26 / 12:25

“Ordunun gücü onun ruhundadır, adı isə Azərbaycan əsgəridir”

26 İyun, 26 / 12:09

Polkovnik : Azərbaycan Ordusu mürəkkəb inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib

26 İyun, 26 / 9:12

Sumıda yanacaqdoldurma məntəqəsi vurulub

25 İyun, 26 / 18:08

“Ordumuz bu cür zabitlərin çiyinlərində yüksəlir”

25 İyun, 26 / 18:01

Şəhid hərbi qulluqçular və mülki işçilər təltif olundu

25 İyun, 26 / 17:55

Onlara “general-mayor” ali hərbi rütbəsi verildi

25 İyun, 26 / 17:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.