• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.3° Weather Columbus
$
1.7
€
1.9474
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq

22 İyun, 26 / 17:18
A A

Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq.

Zefer.media xəbər verir ki, bunu elm və təhsil naziri media nümayəndələrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu gün tələbə kontingentinin təxminən üçdə ikisi Bakı və onun ətrafında, üçdə biri isə Bakının kənarında yerləşən ali təhsil müəssisələrində təhsil alır.

O qeyd edib ki, son illərdə tələbələrin sayı artmaqdadır:

“Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır. Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu tikilir, Qarabağ Universiteti yeni fəaliyyətə başlayıb, Naxçıvan Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata keçirilir.

İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki, onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb, keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə fəaliyyətimiz artıq iki ildir davam edir”.

Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır:

“Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər. Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu istiqamətdə “SABAH qrupları” vacib həll yollarından biridir. Eyni zamanda, təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə keyfiyyət arasında tərs mütənasiblik yaranır. Ona görə də bir çox ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail olaq. Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir”.

Nazir vurğulayıb ki, Azərbaycanda tələbələrin yaşı nisbətən azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa göndərmək istəmirlər:

“Bu da davranış dəyişikliyi tələb edən bir məsələdir. Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər. Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də böyük olaraq qalır. Nəhayət, əsas məsələlər keyfiyyətin artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılmayacaq”.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu ərazidə hərəkət istiqamətləri dəyişdirilir

İyun 22, 2026
Manşet

Yayda zəhərlənmə riski yüksək olan qidalar - Həkimdən açıqlama 

İyun 22, 2026
Cəmiyyət

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası danışıb - Diqqətçəkən məqamlar 

İyun 22, 2026
Cəmiyyət

Bəzi çimərliklərdə dəniz suyundan istifadə müvəqqəti məhdudlaşdırılıb

İyun 22, 2026
Cəmiyyət

Bakıda ötən il 598 nəfər məktəb və bağçalarda müxtəlif vəzifələrə işə təyin edilib

İyun 22, 2026
Cəmiyyət

Bu həftə 3 gün iş yoxdur

İyun 22, 2026

XƏBƏR LENTİ

Universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq

22 İyun, 26 / 17:18

Bu ərazidə hərəkət istiqamətləri dəyişdirilir

22 İyun, 26 / 17:16

“İran danışıqlardan çıxmaqla hədələyirdi”

22 İyun, 26 / 17:07

“Ermənistan Moskva ilə bağlı təşəbbüsləri gecikdirir və dondurur”

22 İyun, 26 / 17:04

SEPAH: “Xameneyi ABŞ ilə danışıqlara razılıq verib”

22 İyun, 26 / 16:57

Vens: “İran yanlış danışsa, Tramp dərhal cavab verəcək” 

22 İyun, 26 / 16:54

Şərifdən açıqlama: Lüsern görüşü müsbət nəticələndi

22 İyun, 26 / 16:51

Yayda zəhərlənmə riski yüksək olan qidalar - Həkimdən açıqlama 

22 İyun, 26 / 16:46

Regionlara gedən sərnişin qatarları Dərnəgüldə də dayanır

22 İyun, 26 / 14:57

Pezeşkian bu ölkəyə gedir

22 İyun, 26 / 14:50

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.