Məşhur müğənni Rəvan Qarayev Bakının ən sevilən açıq hava səhnələrindən biri olan Yaşıl Teatrda ilk konsert proqramı ilə çıxış etməyə hazırlaşır.
Zefer.media xəbər verir ki, “Məktub yazıram” adlanan gecədə ifaçının dinləyicilər tərəfindən bəyənilən “Sənə Məktub Yazıram”, “Tənhayam” və “Gələn Gedir” kimi hit mahnılarının səsləndirilməsi gözlənilir.
Gecə ərzində canlı ifalar və xüsusi səhnə proqramı da nəzərdə tutulur.
Konsert 14 avqustda baş tutacaq. Biletləri isə iticket.az-dan əldə etmək mümkündür.
Zərintac Mayisqızı

















