• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
10.3° Weather Columbus
$
1.7
€
1.9148
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Təhsil

Turin Politexnik Universiteti beynəlxalq təhsil imkanlarını təqdim edib

24 May, 26 / 13:34
A A

Bakıda keçirilən Özbəkistan universitetlərinin təhsil sərgisində iştirak edən ali təhsil müəssisələri tələbələrə beynəlxalq diplom, xaricdə təhsil imkanları və müasir ixtisaslar barədə məlumat veriblər.

Bu barədə Zefer.media – ya açıqlama verən Turin Politexnik Universitetinin İnsan Resursları üzrə meneceri Dilnoza Djurayeva universitetin tələbələrə beynəlxalq səviyyədə tanınan diplom və xaricdə təhsil imkanları təqdim etdiyini bildirib :

” Bizim Daşkənd şəhərində yerləşən Turin Politexnik Universiteti məzunlarına QS World University Rankings versiyasına görə dünyanın ilk 300 universiteti sırasında yer alan “Politecnico di Torino”nun diplomunu təqdim edən ali təhsil müəssisəsidir. Bu isə öz növbəsində məzunlara dünyanın müxtəlif ölkələrində işləmək imkanı yaradır.

Bizdə “2+2” proqramı da mövcuddur. Bu proqram çərçivəsində tələbələr iki il Daşkənddə, Turin Politexnik Universitetində təhsil alır, növbəti iki ili isə İtaliyada davam etdirirlər.

Həmçinin sizi təhsil istiqamətlərimizlə tanış etmək istəyirəm. Bakalavr pilləsi üzrə aşağıdakı ixtisaslar mövcuddur:

– maşınqayırma mühəndisliyi

– kompüter mühəndisliyi

– inşaat mühəndisliyi

– istehsal texnologiyaları

– sənaye mühəndisliyi və idarəetmə

– kibertəhlükəsizlik

– simsiz rabitə mühəndisliyi

– ticarət işi

– dayanıqlı nəqliyyat

Bundan əlavə, universitetimizdə memarlıq və dizayn, aviasiya mühəndisliyi, biznesin idarə olunması və menecment, süni intellekt, avtomobil mühəndisliyi, marketinq, tibbi mühəndislik (bu il açılmış yeni ixtisasdır), dizayn və iqtisadiyyat sahələrinə də böyük maraq var”.

O, həmçinin universitetin geniş və müasir kampusa malik olduğunu da diqqətə çatdırıb:

” Siz həm də universitetimizin kampusu ilə də tanış ola bilərsiniz. Universitetin geniş ərazisi var. Kampusda idman zalı, texnopark və kitabxana fəaliyyət göstərir. Kampusun yaxınlığında isə bütün şəraitlə təmin olunmuş tələbə yataqxanası yerləşir.

Yalnız xarici namizədlər üçün sürətli müsahibədən keçərək yerlərdən birini əvvəlcədən rezerv etmək imkanı mövcuddur.

Əgər siz birbaşa ikinci kursdan təhsil almaq istəyirsinizsə, bunun üçün Daşkəndə gəlməlisiniz. Universitetdə ayda bir dəfə imtahan və müsahibə keçirilir. Həmin mərhələdən uğurla keçdiyiniz halda birbaşa ikinci kursa qəbul ola bilərsiniz və bu zaman bakalavr təhsili üç il davam edir.

Digər tələbələr isə imtahansız qəbul olunur və onların bakalavr təhsili dörd il davam edir”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Hərbi

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

Noyabr 5, 2026
Manşet

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026
Siyasət

İlham Əliyev onlara müraciət ünvanladı

Noyabr 5, 2026
Təhsil

Bu universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq

Noyabr 4, 2026
Gündəm

Əli Kərimlinin məhkəməsi başlayıb

Noyabr 3, 2026

XƏBƏR LENTİ

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

05 Noyabr, 26 / 21:47

“ASAN xidmət”in və BMT-nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir

05 Noyabr, 26 / 19:23

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

05 Noyabr, 26 / 18:37

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

05 Noyabr, 26 / 18:22

Bakıda güclü külək əsir

05 Noyabr, 26 / 17:33

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

05 Noyabr, 26 / 17:28

Prezident məşhur aparıcıları təltif etdi

05 Noyabr, 26 / 17:16

Prezident sərəncam imzaladı

05 Noyabr, 26 / 17:10

KTMT-də iştirak etməkdə maraqlı deyilik – Paşinyan

05 Noyabr, 26 / 17:03

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

05 Noyabr, 26 / 16:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.