Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirərək ümumilikdə 731 raket və pilotsuz uçuş aparatı atəşləyib.
Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Hücum zamanı İran istehsalı olan 675 ədəd “Shahed-136” kamikadze dronu və 56 müxtəlif tipli raket istifadə olunub.
Ukraynanın hava hücumundan müdafiə sistemləri ümumilikdə 693 hədəfi vurmağı bacarıb. Bunlara 41 raket və 652 PUA daxildir.
Ukrayna mediası bu hücumu müharibənin başlanğıcından bəri ən böyük hava hücumu kimi dəyərləndirib.
Zərintac Mayisqızı

















