İsrailin həyata keçirdiyi iki hava hücumu nəticəsində ən azı bir nəfər həlak olub.
Zefer.media xəbər verir ki, bunu bu gün Livanın dövlət xəbər agentliyindən bildirilib.
Məlumata görə, hücumlar Beyrutun cənubu ilə Livanın cənubunu birləşdirən əsas magistral yolda, Ciyeh bölgəsi yaxınlığında baş verib. Hücum zamanı iki avtomobil hədəfə alınıb.
AFP hadisə yerindən yanmış avtomobilin görüntülərini və xilasedicilərin ən azı bir cəsədi daşımasını əks etdirən videonu yayımlayıb.
“Reuters” agentliyi isə İsrail tərəfinin hücumla bağlı hələlik rəsmi açıqlama vermədiyini və məqsədin bilinmədiyini qeyd edib.
Zərintac Mayisqızı

















