Dünya

Bu ölkədə Dukono vulkanı püskürdü

8 May 2026, 14:481
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanının püskürməsi nəticəsində 3 alpinist həyatını itirib.

Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında iki Sinqapur vətəndaşı və bir indoneziyalının olduğu bildirilib.

Məlumata görə, təxminən 20 nəfərlik qrup Halmahera adasında yerləşən dağa qalxarkən vulkanın aktivləşməsi səbəbindən çətin vəziyyətdə qalıb. Güclü kül və təhlükəli şərait səbəbindən xilasedicilər hələlik meyitləri ərazidən çıxarmağı bacarmayıblar.

İndoneziyanın Geologiya Agentliyi vulkanın 10 kilometr yüksəkliyə qədər kül püskürtdüyünü açıqlayıb. Rəsmilər alpinistlərin təhlükəli elan edilmiş qadağan zonasında olduqlarını ehtimal edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600