Cəmiyyət

Məşğulluq Agentliyi bu il 5600 şəxs üçün kurslar təşkil edib

8 May 2026, 13:061
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.

Zefer.media xəbər verir ki, onlardan 1900 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 3700 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.

Hazırda peşə kurslarının təşkilində 186 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.

Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600