Dünya

Tramp: “Azadlıq layihəsini Pakistanın xahişi ilə dayandırdıq”

8 May 2026, 12:331
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı üçün nəzərdə tutulan “Azadlıq Layihəsi”nin dayandırılmasının səbəbi ilə bağlı jurnalistin sualını cavablandırıb.

Zefer.media xəbər verir ki, müxbirin “Layihə niyə dayandırıldı?” sualına Tramp belə cavab verib:
“Çünki Pakistandakı gözəl rəhbərlik bizdən bunu etməməyimizi istədi”.

Qeyd edək ki, bundan əvvəl NBC News telekanalı layihənin dayandırılmasının əsas səbəbi kimi Səudiyyə Ərəbistanının ABŞ hərbi qüvvələrinin əməliyyatda istifadə edə biləcəyi hava məkanı və hərbi bazalara çıxışı məhdudlaşdırmasını göstərmişdi.

“NBC News”un məlumatına görə, “Azadlıq Layihəsi” Körfəz ölkələri arasında narazılıq yaratmış və layihənin icrasını faktiki olaraq mümkünsüz etmişdi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600