Mədəniyyət

Tünzalə Ağayeva “Bir ocaqda iki şairin işığı” adlı musiqili-poeziya gecəsində iştirak edib

7 May 2026, 14:165
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Xalq artisti Tünzalə Ağayeva Xalq şairləri Səməd Vurğun və Rəsul Rzanın xatirəsinə həsr olunan “Bir ocaqda iki şairin işığı” adlı musiqili-poeziya gecəsində iştirak edib.

Zefer.media xəbər verir ki, mərasim Rəsul Rzanın Ev Muzeyində baş tutub. Tədbirdə pop ulduz Tünzalə Ağayeva qonaqların qarşısında çıxış edib.

Sənətkarın ifası zamanı onu dahi şair Səməd Vurğunun nəticəsi fortepianoda müşayiət edib.

Tünzalə Ağayeva hər kəsin sevgisini qazanan sözləri Səməd Vurğun, musiqisi sənətçinin özünə məxsus olan “Xavərim” mahnısını ifa edərək, tədbirə xüsusi bir ruh və dərin bədii atmosfer qatıb.

O, həmçinin sözləri Nigar Rəfibəyliyə, musiqisi unudulmaz bəstəkar Emin Sabitoğluna aid olan “Neyləyim” mahnısını da canlı ifa edərək iştirakçılara unudulmaz anlar bəxş edib.

Tünzalə Ağayeva
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600