• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.2° Weather Columbus
$
1.7
€
1.9466
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Təhsil

Elektron diplom sistemi hansı üstünlüklər gətirəcək? - AÇIQLAMA

07 May, 26 / 9:09
A A

Azərbaycanda ali təhsil sistemində aparılan rəqəmsallaşma islahatları çərçivəsində diplomların elektron formata keçirilməsi mühüm yeniliklərdən biri kimi gündəmdədir. Sözügedən dəyişiklik yalnız texnoloji yenilənmə deyil, eyni zamanda şəffaflığın artırılması, saxtakarlığın qarşısının alınması və vətəndaşların xidmətlərə daha sürətli çıxışının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Elektron diplomların tətbiqi həm məzunlar, həm də işəgötürənlər üçün bir sıra üstünlüklər vəd edir, lakin bununla yanaşı diplomların tanınması və beynəlxalq uyğunluq kimi məsələlər də aktual olaraq qalır.

Diplomların onlayn formatda verilməsi ilə əlaqədar Zefer.media – ya açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov diplomların rəqəmsallaşdırılmasının vacib rol oynadığını bildirib:

“Ali təhsil diplomlarının verilməsinin elektron formata keçirilməsi, hesab edirəm, böyük əhəmiyyət kəsb edir. Ümumilikdə ölkəmizdə rəqəmsallaşma istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət artıq zamanın tələbidir və bu baxımdan diplomların elektron formada təqdim olunması həmin proseslərin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Rəqəmsal diplomların kağız diplomlarla müqayisədə bir sıra üstünlükləri mövcuddur. Əsas üstünlüklərdən biri əlçatanlıqdır. Belə ki, bir şəxs istənilən zaman və məkanda öz diplomuna çıxış əldə edə bilir. Kağız diplomu daim üzərində daşımaq mümkün olmadığı halda, elektron diplom faktiki şəkildə həmişə şəxsin istifadəsində olur. Dünyanın harasında olmasından asılı olmayaraq, fərd istədiyi an diplomunu təqdim edə və ya ona müraciət edə bilir.

Digər mühüm üstünlük isə saxtakarlıq riskinin azalmasıdır. Diplom vahid elektron sistemdə yerləşdirildiyi üçün sistemlərin inteqrasiyası həm işəgötürənlərə, həm də digər maraqlı tərəflərə sənədin həqiqiliyini operativ şəkildə yoxlamağa imkan verir. Bu da saxtakarlıq hallarının qarşısının alınmasına xidmət edir.

Bundan əlavə, kağız diplomun itirilməsi və ya zədələnməsi müəyyən bürokratik prosedurlar yaradır. Şəxs müvafiq qurumlara müraciət etməli, araşdırma aparılmalı, elan verilməli və müəyyən rüsumlar ödəməlidir. Bu isə həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olur. Elektron diplomlarda isə bu kimi risklər demək olar ki, aradan qalxır.

Eyni zamanda, işəgötürənlər üçün diplomun doğruluğunu yoxlama prosesi də xeyli sadələşir və sürətlənir. Kağız diplomların yoxlanılması müəyyən prosedurlar və vaxt tələb etdiyi halda, elektron sistemdə yerləşdirilmiş diplom artıq müvafiq yoxlamalardan keçmiş hesab olunur və bu, prosesi daha operativ edir”.

Ekspert, ali təhsil sənədlərinin tanınması işlərinə isə Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən müvafiq qurum tərəfindən həyata keçirildiyini qeyd edib :

“Universitet diplomlarının tanınmaması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu proses Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Diplomların tanınması (nostrifikasiya) Nazirlər Kabinetinin müvafiq qərarları və müəyyən edilmiş qaydalar əsasında aparılır.

Diplomun tanınmamasına səbəb olan bir sıra hallar mövcuddur. Məsələn, ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə akkreditasiyasının olmaması, yaxud ümumiyyətlə rəsmi lisenziyaya malik olmaması bu səbəblər sırasındadır. Digər tərəfdən, distant təhsil üzrə əldə olunan diplomlarla bağlı müəyyən çətinliklər mövcuddur. Hesab edirəm ki, bu sahədə qanunvericilikdə dəyişikliklərin edilməsi və distant təhsil diplomlarının tanınması üçün hüquqi baza yaradılması zəruridir. Çünki dünya artıq bu modelə keçid edib, lakin mövcud qanunvericilik bəzi hallarda bu inkişafla uyğunlaşmaqda çətinlik çəkir.

Bundan əlavə, təhsil müddətində tələbənin topladığı kreditlərin yetərli olmaması və ya tədris prosesinin müəyyən tələblərə cavab verməməsi də diplomun tanınmamasına səbəb ola bilər. Həmçinin, universitet ölkəmizin qanunvericilik tələblərinə uyğun fəaliyyət göstərmədikdə, həmin ali təhsil müəssisəsinin verdiyi diplomun tanınması mümkün olmur.

Xarici universitetlərin tanınması ilə bağlı meyarlar da Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilir və bu meyarlara uyğunluq əsas şərt kimi çıxış edir”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Siyasət

İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

İyul 30, 2026
Təhsil

Jurnalistikaya qabiliyyət imtahanının vaxtı açıqlandı

İyul 30, 2026
Manşet

Azərbaycanlı dənizçilər PUA hücumuna məruz qalıb

İyul 30, 2026
Cəmiyyət

Sabahın havası açıqlanıb

İyul 30, 2026
Təhsil

Bakıda indiyədək 17 minə yaxın uşaq məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçib

İyul 30, 2026
Siyasət

Prezident Mərakeş Kralını təbrik etdi

İyul 30, 2026

XƏBƏR LENTİ

Şəhid Əli Quliyevin övladı ağır xəstəlikdən dünyasını dəyişdi

30 İyul, 26 / 18:43

Ağ Ev Trampın İran müharibəsi ilə bağlı öz komandasından məyus olması iddialarını təkzib edib

30 İyul, 26 / 17:45

“Ukrayna ordusunun Baş Qərargahının işində sistemli dəyişikliklər olacaq”

30 İyul, 26 / 17:42

İrandan ABŞ-yə xəbərdarlıq

30 İyul, 26 / 17:38

Bolqarıstan ABŞ təyyarələrinin ölkədə yerləşdirilməsinə icazə verib

30 İyul, 26 / 17:36

Almaniya arzusu gerçəkləşdi – İki dost eyni anda iş həyatına başladı

30 İyul, 26 / 16:52

SEPAH ABŞ qırıcılarını vurub

30 İyul, 26 / 16:44

İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

30 İyul, 26 / 16:41

İran ABŞ ilə danışıqların bərpasını istisna edib

30 İyul, 26 / 16:38

Rusya Lvova raket zərbəsi endirib

30 İyul, 26 / 16:32

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.