“Bir çox Avropa şirkəti Rusiya bazarında fəaliyyətini bərpa etməzdən əvvəl Ukraynadakı münaqişənin bitməsini gözləyir”.
Zefer.media xəbər verir ki, bunu Estoniya prezidenti Alar Karis mayın 6-da bildirib.
Karis qeyd edib: “Bir çox Avropa şirkəti Rusiyanı tərk etməyib, digərləri isə sadəcə olaraq əməliyyatlarını bərpa etmək üçün münaqişənin bitməsini gözləyirlər”.
Eyni zamanda, prezident bir çox Avropa şirkətinin vəziyyəti diqqətlə izlədiyini və bəzilərinin Rusiya bazarına mümkün qayıdışı nəzərdən keçirdiyini vurğulayıb. O əlavə edib ki, Rusiya ilə gələcək əlaqələr yalnız münaqişədən sonrakı dövrdə və mövcud vəziyyət dəyişərsə mümkündür.
Zərintac Mayisqızı

















