İranın dinc nüvə enerjisi inkişaf etdirmək hüququnun tanınması və sanksiyaların ləğvi İranla ABŞ arasında danışıqların bərpası üçün zəruri şərtlərdir.
Zefer.media xəbər verir ki, bu barədə İranın Hindistandakı səfiri Məhəmməd Fətəli Hindistanın “CNN-News18” televiziya kanalına verdiyi müsahibədə bildirib.
İran səfiri ABŞ ilə danışıqların bərpası üçün İranın şərtləri ilə bağlı suala cavab olaraq qeyd edib: “Bizim üçün İran xalqının dinc nüvə enerjisinə olan qanuni hüququ müzakirə mövzusu deyil. Biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvüyük və indiyə qədər beynəlxalq qaydalar çərçivəsində hərəkət etmişik”.
Zərintac Mayisqızı

















