“30 aprel — Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 27-ci ildönümü münasibətilə Qəhrəman XTQ şəhidlərimizin əziz ailələri və məğlubedilməz silahdaşlarım! Sizi Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 27-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm”.
Zefer.media xəbər verir ki, bu barədə XTQ mənsubu, qazi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə paylaşımında bildirib.
“Bu şanlı tarix yalnız bir qurumun yaranması deyil, həm də vətənə sədaqətin, qorxmazlığın və sarsılmaz iradənin təntənəsidir. Çox qürurluyam ki, mənim də yolum Xüsusi Təyinatlı Qüvvələrin sırasından keçib. Bu yol şərəfli, məsuliyyətli və unudulmaz bir məktəbdir.
Sizlər Azərbaycanın təhlükəsizliyinin etibarlı sipəri, xalqımızın qürur mənbəyisiniz. Döyüş meydanlarında göstərdiyiniz şücaət, əzmkarlıq və peşəkarlıq hər bir vətəndaş üçün örnəkdir. Çətin anlarda nümayiş etdirdiyiniz qətiyyət və vətən sevgisi tariximizə qızıl hərflərlə yazılıb.
Bu əlamətdar gündə sizlərə möhkəm can sağlığı, sarsılmaz iradə və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy daim qələbə ruhu sizinlə olsun, bayrağımız hər zaman uca zirvələrdə dalğalansın!
Vətən sizə güvənir, xalq sizinlə fəxr edir!”, – deyə Bəhruz Məmmədzadə vurğulayıb.
Qeyd edək ki, sabah aprelin 30-u ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılması günüdür. XTQ-nin yaradılmasından artıq 27 il ötür.

Zərintac Mayisqızı

















