• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.6° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hərbi

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

17 Aprel, 26 / 14:18
A A

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edir. Sənəd qəbulu 15 may tarixinədək (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, eyni zamanda Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) və Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan şəhəri, “Naxçıvan-1” hərbi şəhərciyi) saat 09:00-dan 17:00-dək həyata keçiriləcəkdir (şənbə, bazar və bayram günləri istisna olmaqla).

Zefer.media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək kişi cinsli hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək kişi cinsli hərbi vəzifəlilər qəbul edilir.

Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.

Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.

Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər.

Xidmət yerləri:

• ⁠Bakı şəhəri;

• ⁠⁠Sumqayıt şəhəri;

• ⁠Gəncə şəhəri;

• ⁠⁠Naxçıvan MR;

• ⁠Mingəçevir şəhəri;

• ⁠Kürdəmir rayonu.

Tələb olunan sənədlər:

• ⁠kursa qəbul olunmaq barədə ərizə;

• ⁠anket forması;

• ⁠tərcümeyi-hal (1 nüsxədə);

• ⁠təhsil haqqında sənədin surəti (1 nüsxədə);

• ⁠doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

• ⁠yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);

• ⁠əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

• ⁠şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);

• ⁠sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);

• ⁠nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);

• ⁠həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);

• ⁠rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm, 2 ədəd 4.5×6 sm və 3 ədəd 9×12 sm);

• ⁠hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);

• ⁠psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Qeyd: Namizədlər ərizə və anket formasını, həmçinin tərcümeyi-hal nümunəsini Milli Müdafiə Universitetinin rəsmi saytının (mmu.edu.az) “Təhsil müəssisələrinə qəbul” bölməsindən “Çavuş hazırlığı” seçimini etdikdən sonra “Sənədlər” bölməsinə daxil olaraq əldə edə bilərlər.

İmtiyazlar:

Kurs müddətində:

• Əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı.

Xidmət müddətində:

• ⁠kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;

• ⁠xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

• ⁠il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

• ⁠ailə üzvləri üçün güzəştli tibbi təminat;

• ⁠güzəştli ipoteka krediti;

• ⁠Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

• ⁠karyerada inkişaf.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əlaqə məlumatları:

Telefon: – (012) 404-18-45

Telefon: – (036) 545-00-11 (Naxçıvan)

Çağrı mərkəzi: – *0811

E-poçt: admission@mmu.edu.az

Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065

Bənzər Xəbərlər

Hərbi

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

May 28, 2026
Hərbi

Azərbaycan Ordusunda hərbi beşnövçülük üzrə birincilik keçirilib

May 26, 2026
Dünya

Çin gizli şəkildə Rusiya ordusuna təlim keçib - "Reuters"

May 19, 2026
Dünya

Alman mətbuatı: Avropa müdafiə sahəsində Türkiyəyə üz tutur

May 19, 2026
Dünya

Rusiya Belarusdan sonra nüvə təlimlərinə başlayır

May 19, 2026
Manşet

XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib

May 18, 2026

XƏBƏR LENTİ

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

29 May, 26 / 20:24

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May, 26 / 19:30

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

29 May, 26 / 10:31

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

28 May, 26 / 18:19

Media Türk-ün 5 yaşı tamam olur

28 May, 26 / 15:13

28 May – Azərbaycanda Müstəqillik günüdür

28 May, 26 / 9:19

Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib

27 May, 26 / 19:20

Azərbaycanda Qurban bayramı qeyd edilir

27 May, 26 / 0:00

Millət vəkili Məşhur Məmmədovun xeyriyyəçilik ənənəsi davam edir

26 May, 26 / 20:32

Qalibaf və İran nümayəndə heyəti Qətərdən qayıdıb

26 May, 26 / 20:01

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.