Çinin süni intellekt sistemi on ildən artıq müddətdə açıq qalan riyazi məsələni müstəqil şəkildə həll edə bilib. Tədqiqatı Pekin Universitetinin komandası təqdim edib.
Zefer.media xəbər verib ki, bu barədə “South China Morning Post” (SCMP) portalı məlumat yayıb.
Söhbət 2014-cü ildə Ayova Universitetinin riyaziyyatçısı tərəfindən irəli sürülmüş riyazi məsələdən gedir. Mütəxəssislərin cəhdlərinə baxmayaraq, bu vaxta qədər onun həlli mümkün olmayıb.
Yeni yanaşmanın əsas özəlliyi sistemin tam muxtar fəaliyyət göstərməsidir. O, yalnız hazır nəzəriyyələri yoxlamayıb, həm də bütün elmi prosesi müstəqil şəkildə həyata keçirib: fərziyyələr irəli sürüb, onları sınaqdan keçirib və nəticədə sübut tapıb. Süni intellekt sahəsində əvvəlki həllərdən fərqli olaraq, prosesin ara mərhələlərində insan müdaxiləsinə ehtiyac olmayıb.
Proqramın hazırlanması ikiagentli arxitekturaya əsaslanır, belə ki, alqoritmlər riyazi məkanı araşdıraraq bir-biri ilə qarşılıqlı əlaqədə olub və həlləri mərhələli şəkildə dəqiqləşdirib. Bu yanaşma sistemə xarici ipucları olmadan təsdiqlənmiş nəticə əldə etməyə imkan verib.
Zərintac Mayisqızı

















