İran donanması Bəndər Abbas limanına yaxınlaşmağa çalışan bir Amerika gəmisini batırıb.
Zefer.media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinə yaxın mənbələr məlumat yayıb.
İddia edilir ki, hadisə ABŞ prezidenti Donald Trampın İranın dəniz gücünün “tamamilə məhv edilməsi” barədə danışdığı anlarda baş verib.
Vurğulanıb ki, ABŞ gəmisi İranın cənub sahillərinə yaxınlaşmağa çalışarkən İran donanması tərəfindən hədəfə alınıb və nəticədə batırılıb.
Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.
Zərintac Mayisqızı

















