Xəbər verdiyimiz kimi ölkə ərazisində güclü yağışlar müşahidə olunur.
Həmin intensiv yağışlar yenə paytaxt Bakıda böyük fəsadlar ortaya çıxarıb.
Belə ki, şəhərin bir çox istiqamətlərində yollar iflic vəziyyətə düşüb. Məsələn, Babək prospekti, Sulutəpə, Qaraçuxur, Bakıxanov, Sabunçu, Buzovna, Xırdalanda və s. yollar yağış suları altında qalıb. Habelə məlumatlara görə Binə Ticarət mərkəzini də su basıb.
Demək olar ki, hər dəfə Bakıda güclü yağıntılar zamanı bu cür neqativ hallar yaşanır. Aidiyyatı qurumlar hər dəfə güclü yağışlar ərəfəsində açıqlamalar verərək tədbirlər görüləcəyini desələr də yenə eyni mənzərələrin şahidi oluruq, təəssüf ki, nəticə dəyişmir. Görəsən nə vaxta kimi davam edəcək? Problemlər həllini tapacaq mı?

Zərintac Mayisqızı

















