Cəmiyyət

Bakıda və bölgələrdə külək güclənəcək — XƏBƏRDARLIQ

16 Mart 2026, 18:420
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə külək güclənəcək.

Zefer.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, martın 17-də Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir,Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu da sarı xəbərdarlığa uyğundur.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600