Cəmiyyət

Kəlbəcərdə yeni Milli Park yaradılacaq

13 Mart 2026, 11:090
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Kəlbəcərdə yeni Milli Park yaradılacaq.

Zefer.media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il 5-7 may tarixlərində Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan Nümayəndəliyi (WWF) tərəfindən Kəlbəcər rayonunda yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması imkanlarının araşdırılması, habelə Kəlbəcər rayonunun təbii landşaftında adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş nadir və nəsli kəsilmək təhlükəsində olan Ön Asiya bəbiri (Panthera pardus) və Bezoar keçisi (Capra aegagrus) populyasiyalarının mövcud olduğu biotoplarda populyasiyaların öyrənilməsi məqsədilə çöl tədqiqat işləri aparılıb. Bundan əlavə, Kəlbəcər rayonunda yaradılması nəzərdə tutulan yeni Mili Parkla əlaqədar 23-24 sentyabr tarixlərində Ağdərə və Xocalı rayonlarının ərazilərində, xüsusilə Qırxqız dağları istiqamətində və Meydan düzündə monitorinqlər aparılıb.

Eyni zamanda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq müvafiq qaydada təqdim edilib və razılıq əldə edilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600