Cəmiyyət

Qatlanan “iPhone”un bəzi təfərrüatları məlum oldu

13 Mart 2026, 09:450
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yeni qatlanan “iPhone” haqqında daha ətraflı məlumatlar üzə çıxıb.

Zefer.media xəbər verir ki, cihazın iç ekranı daha geniş formatlı olacaq, lakin mövcud “iPad” tətbiqlərini birbaşa dəstəkləməyəcək.

Bunun əvəzinə “Apple”, eyni anda bir neçə proqram işlətməyə imkan verən özəl bir xüsusiyyət təqdim edəcək.

Təhlükəsizlik üçün “Face ID” əvəzinə yan düyməyə inteqrasiya edilmiş “Touch ID” istifadə olunacaq.

Ön kamera kiçik dəlikli dizaynda olacaq, arxa tərəfdə isə iki kamera yerləşəcək.

Bu yeni modelin başlanğıc qiyməti təxminən 2 min dollar olacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600