Manşet

Ermənistanda seçki öncəsi gərginliyin səbəbləri – MÜHÜM ŞƏRH

12 Mart 2026, 15:417
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Ermənistanda gərginliyin artması təsadüfi deyil. 3 aydan sonra Ermənistanda parlament seçkiləri baş tutacaq və hökumətə rəqib qüvvələr parlamentdə daha çox yerə sahib olmaq üçün mübarizə aparırlar. Amma, kilsə və revanşistlər sağlam deyil, ənənəvi olaraq, pozucu fəaliyyətlə məşğuldurlar”.

Bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Zefer.media-ya açıqlamasında bildirib.

Onun fikrincə, seçki yaxınlaşdıqca gərginlik daha da artacaq:

“Revanşistlər Rusiyanın dəstəyi ilə hökumətə qarşı təzyiqləri gücləndirməyə, xalqın etimadını sarsıtmağa, beləliklə də mümkün olarsa, etiraz dalğası yaratmağa hesablanan fəaliyyət yürüdür. Amma bəlli məsələdir ki, hökumət cəmiyyətdə daha çox dayaqlara malikdir. Ona görə də revanşistlərin təxribat xarakterli fəaliyətə daha çox üstünlük verəcəyi ehtimalı yüksəkdir”.

Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, hakim partiyada konstitusiya müzakirəsinin təşkil edilməsi təsadüfi deyil:

“Paşinyan çox yaxşı bilir ki, yekun sülh sazişini tezləşdirilməsi Ermənistanın inkişafına, eyni zamanda hökumətinin möhkəmlənməsinə gətirib çıxaracaq. Bu isə revanşistlərə ciddi zərbə deməkdir”.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600