İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı böyüyüb

12 Mart 2026, 13:403
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2026-cı ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 473,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Zefer.media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artıb.

ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil edib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600