Cəmiyyət

Sərnişinlərə şad xəbər: Bu ərazidəki avtobuslar yeniləndi

11 Mart 2026, 19:590
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrutun avtobusları yenilənib. AYNA tərəfindən keçirilən müsabiqənin nəticəsinə əsasən, artıq yeni daşıyıcı (BakuBus) xəttin istismarını həyata keçirir.

Zefer.media xəbər verir ki, marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır. (Milli.az)

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600