Cəmiyyət

Dünyanın ən zənginləri: Ələkbərov siyahıda gerilədi

11 Mart 2026, 09:300
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanəsilli rusiyalı sahibkar Vahid Ələkbərov “Forbes” jurnalının milyarderlərin illik reytinqində Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub.

Zefer.media xəbər verir ki, “Forbes” jurnalının açıqladığı dünyanın ən varlı insanlarının siyahısına Rusiyadan 155 milyarder daxil edilib. Onların arasında 14 yeni iştirakçı da var.

Rusiyalı sahibkarlar arasında birinci yeri “Severstal” şirkətinin əsas benefisiarı Aleksey Mordaşov tutub. “Forbes” onun və ailəsinin sərvətini 37 milyard dollar qiymətləndirib. O, qlobal reytinqdə 57-ci yerdə qərarlaşıb.

Rusiyalılar arasında ikinci yerdə “İnterros” holdinqinin sahibi və “NorNickel” şirkətinin prezidenti Vladimir Potanin qərarlaşıb. Onun sərvəti 29,7 milyard dollar qiymətləndirilir və o, dünya siyahısında 79-cu yeri tutur.

İlk üçlüyü “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov tamamlayır. Onun sərvəti 29,5 milyard dollar qiymətləndirilir ki, bu da qlobal reytinqdə 81-ci yerə uyğundur. Qeyd edək ki, əvvəlki iki ildə o, rusiyalı milyarderlər arasında birinci yerdə olub.

Qeyd edək ki, ötən ay açıqlanan reytinqdə V.Ələkbərov 65-ci yerdə qərarlaşmışdı.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600