Cəmiyyət

“Google Maps”dən Bakı ilə bağlı yenilik — FOTO

10 Mart 2026, 21:262
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Google Maps” platformasında Bakı şəhərinin ictimai nəqliyyat marşrut şəbəkəsi üzrə məlumatlar yenilənib.

Zefer.media Baku.ws-ə istinadən xəbər verir ki, yenilənmədən sonra paytaxtda fəaliyyət göstərən avtobus marşrutları, dayanacaqlar və hərəkət istiqamətləri xəritədə daha dəqiq və ətraflı şəkildə göstərilib.

Yenilənmiş məlumatlar sayəsində istifadəçilər şəhər daxilində hərəkəti daha rahat planlaşdıra biləcəklər.

Xəritədə konkret avtobus marşrutunun hansı küçələrdən keçdiyini, dayanacaqların dəqiq yerləşməsini və marşrutun istiqamətini görmək mümkün olacaq. Bu isə xüsusilə gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün böyük rahatlıq yaradır.

Qeyd edək ki, sistemdə edilən yeniləmələr nəticəsində istifadəçilər marşrut seçərkən daha düzgün qərar verə, alternativ yolları müqayisə edə və səfər vaxtını daha dəqiq hesablaya biləcəklər. Bundan əlavə, turistlər və şəhəri yaxşı tanımayan şəxslər üçün də bu dəyişikliklər navigasiyanı xeyli asanlaşdırır.

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600