• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.9° Weather Columbus
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İran-ABŞ gərginliyi: Pekin münaqişəyə qoşulacaq? - ŞƏRH

10 Mart, 26 / 15:44
A A

Yaxın Şərqdə gərginlik davam edir. Dövlətlər arasında iqtisadi, hərbi və diplomatik əlaqələr müxtəlif maraqlar çərçivəsində formalaşır. Bu prosesdə hər bir ölkənin strateji qərarları yalnız öz maraqlarını qorumağa yönəlir və tərəfdaşlıq iddiaları həmişə real dəstək mənasına gəlmir. Beynəlxalq arenada mövqelər dəyişkəndir və regional təhlükəsizlik məsələlərində balansı qorumaq həm çətin, həm də mürəkkəb bir prosesdir.

İran və ABŞ arasında hərbi manevrlər və diplomatik təzyiqlər bölgədə yeni bir böhran ehtimalını gündəmə gətirir. Bu fonda isə dünya diqqətlə başqa bir suala da cavab axtarır: Çin bu qarşıdurmada hansı mövqeni tutacaq?

Sualımızı cavablandıran politoloq Elxan Şahinoğlu  Zefer.media-ya açıqlamasında Pekinin İran-ABŞ gərginliyində fəal iştirak etməyəcəyini qeyd edib:

“Pekin münaqişəyə birbaşa müdaxilə etməyəcək, çünki İrana görə ABŞ-la qarşıdurmaya girmək istəmir; eyni səbəbdən Rusiya da üz-üzə gəlmək istəmir. Digər tərəfdən, Çin İranın mühafizəkar sisteminin məğlubiyyətini istəmir, çünki bu halda ABŞ istədiyi rejimi quraraq İrana təsir edəcək. Belə bir vəziyyətdə İran, ABŞ-a bağlı bir rejim halına gələcək və Çin ucuz neft tədarükünü itirəcək; buna oxşar vəziyyət əvvəllər Venezuelada baş vermişdi.

Müharibənin əvvəlində Çin İrana kifayət qədər silah-sursat göndərmiş və kəşfiyyat məlumatları paylaşmışdı, lakin hazırda bu dəstək İranın vəziyyətini xilas edə bilmir. ABŞ və İsrail İrandakı Rus və Çin istehsalı hərbi texnikanın əksəriyyətini məhv edib və hələ də bunu davam etdirir”.

Politoloq, İranın vəziyyətinin Çinin maraqlarına təsir etdiyini, amma Pekinin müdaxilə edə bilmədiyini vurğulayıb:

“İranın məğlubiyyəti Çinin maraqları üçün əhəmiyyətsiz deyil, lakin Pekin bu prosesə müdaxilə edə və ya mühafizəkar sistemi dəstəkləyə bilmir. Çin hesab edir ki, İran mühafizəkar sistemi mövqeyini gücləndirə bilər, halbuki reallıqda onların gücü getdikcə azalır. Əslində Rusiya və Çin yalnız sözdə İranın tərəfdaşlarıdır və ağır vəziyyətlərdə İran mühafizəkar sisteminə hər hansı real dəstək verməyiblər və vermək imkanında da deyillər”.

Pərvin

Bənzər Xəbərlər

Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Siyasət

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

İyul 24, 2026
Siyasət

Səudiyyə Ərəbistanı nüvə dövləti ola bilər? - Səudiyyə ilə sazişin pərdəarxası

İyul 22, 2026
MEDİA

“Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirildi

İyul 22, 2026
Manşet

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

İyul 22, 2026

XƏBƏR LENTİ

Yunanıstan Çin onlayn ticarət platformalarının Avropadakı əsas bazarlarından biridir

27 İyul, 26 / 18:06

Səudiyyə İrana bağlı qruplaşmanın hücumlarını pislədi

27 İyul, 26 / 18:04

Netanyahu: “Trampla görüşün əsas mövzusu İran olacaq”

27 İyul, 26 / 18:02

Ukrayna İranın ittihamlarına cavab verib

27 İyul, 26 / 17:20

İran Fransanı daxili işlərə müdaxilədə ittiham edib

27 İyul, 26 / 17:18
The flag of Ukraine develops on a flagpole against a background of clear sky

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Şahedlər üçün körpüyə və ötürücü stansiyaya zərbə endirib

27 İyul, 26 / 16:43

Əli Əsədov yeni qərar imzaladı

27 İyul, 26 / 16:22

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

27 İyul, 26 / 16:21

İran Ərbilə hücum etdi

27 İyul, 26 / 16:16

“Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq”

27 İyul, 26 / 16:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.